Modern.az

Pilotlar uçuş vaxtı yatdılar - Təyyarədə qorxulu anlar

Pilotlar uçuş vaxtı yatdılar - Təyyarədə qorxulu anlar

Dünya

3 İyun 2022, 16:42

İtaliyanın İTA aviaşirkətinə məxsus təyyarənin Nyu-Yorkdan Romaya uçuşu zamanı qorxulu anlar yaşanıb.

 

Modern.az xəbər verir ki, sərnişin təyyarəsinin Fransanın Marsel şəhəri üzərində uçuş vaxtı pilotlar yuxuya gediblər. Telefon zənglərinə baxmayaraq, pilotlarla əlaqə saxlamaq mümkün olmayıb. 

 

Təyyarə ilə əlaqə yarada bilmədikdə, səlahiyyətli şəxslər Fransa və İtaliya rəsmiləri ilə əlaqə yaradıb, dərhal həyəcan siqnalı veriblər. 

 

Bir müddət sonra pilotlar zənglərə cavab verib. Kapitan pilot rabitə əlaqəsində nasazlıq olduğunu iddia etsə də, onların yatdığı məlum olub. Araşdırma zamanı pilotlar təyyarəni avtorejimlə idarə edərək, yatdıqlarını etiraf ediblər.

 

Faktla əlaqədar hər iki pilot işdən çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi