Modern.az

ABŞ rus silahlarını tədqiq edir - Kiyevə xüsusi qrup göndərildi

ABŞ rus silahlarını tədqiq edir - Kiyevə xüsusi qrup göndərildi

Dünya

3 İyun 2022, 18:23

ABŞ Ukrayna qoşunları tərəfindən ələ keçirilən Rusiya silahlarını tədqiq etməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

 

Bildirilib ki, ABŞ bunun üçün Ukraynaya mütəxəssislər qrupu göndərib.

 

Nəşrin məlumatına görə, qrup müəyyən edib ki, Rusiya silahlı qüvvələrinin istifadə etdiyi silah və sursatlarda bu və ya digər şəkildə Amerika texnologiyalarından istifadə olunub.

 

Tədqiqatçılar Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ölkəyə dəvət edilib. Onların əlinə keçən silahlar arasında ABŞ və Avropa İttifaqı ölkələrində yerləşən şirkətlərin istehsal etdiyi xüsusi hissələr var.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi