Modern.az

Rusiya Kanadanın sanksiyalarına cavab verdi

Rusiya Kanadanın sanksiyalarına cavab verdi

Dünya

3 İyun 2022, 19:36

Rusiya 41 Kanada vətəndaşına sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Siyahıya “Ukraynada ultra-millətçi qüvvələrə dəstək verən təşkilatların rəhbərləri, eləcə də yüksək səviyyəli hərbi məmurlar” daxil edilib.

 

Bundan əlavə, siyahıya Kanada Ukrayna Konqresi, Ukrayna Kredit İttifaqı, Karpat Kredit İttifaqı, Ukrayna Kredit İttifaqları Şurası kimi təşkilatların nümayəndələri daxildir. 

 

Eyni zamanda Kanadanın müdafiə nazirinin səkkiz müavininin də ölkəyə buraxılması qadağan edilib.

 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlər “rəsmi Ottavanın mayın 8-də elan etdiyi daha bir anti-Rusiya şəxsi sanksiyalarına” cavab olaraq tətbiq edilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi