Modern.az

Rus hərbçiləri jurnalistləri GÜLLƏLƏDİ

Rus hərbçiləri jurnalistləri GÜLLƏLƏDİ

Dünya

3 İyun 2022, 21:56

Ukraynanın şərqindəki Syeverodonetsk şəhərində jurnalisləri daşıyan avtobus Rusiya ordusunun atəşinə məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Atəş nəticəsində agentliyin iki əməkdaşı yaralanıb, avtobusun sürücüsü həlak olub. Məlumata görə, fotoqraf Aleksandr Ermoçenko və operator Pavel Klimov xəstəxanaya aparılıb. Onların vəziyyətinin ölümcül olmadığı bildirilib.

 

Qeyd edək ki, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi