Ukrayna qüvvələri Rusiya ilə döyüşlər zamanı Syeverodonetsk şəhərində itirdikləri ərazilərin təxminən 20%-ni geri alıblar.
Modern.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qaydai məlumat yayıb.
Qaydai deyib ki, ruslar Ukraynanın mövqelərini saatlarla atəşə tutub, sonra irəliləyib.
“Onlar addım-addım irəliləyirlər, çünki artilleriya, təyyarə, minaatanlarla hər şeyi məhv edirlər”, - vilayət rəhbəri bildirib.
"Lakin əlimizdə kifayət qədər Qərbin uzaqmənzilli silahları olan kimi onların artilleriyasını mövqelərimizdən uzaqlaşdıracağıq. Daha sonra inanın ki, rus piyadaları qaçacaqlar", - deyə vilayət rəhbəri deyib.
Akif İsmayılov