Modern.az

Yunanıstan səfiri XİN-ə çağırıldı - Ankaradan etiraz

Yunanıstan səfiri XİN-ə çağırıldı - Ankaradan etiraz

Dünya

4 İyun 2022, 11:46

Yunanıstanın Ankaradakı səfiri Kristodoulos Lazaris Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, səfirə Yunanıstanın PKK terror təşkilatına dəstəyi və həmin terror təşkilatının Türkiyənin Afinadakı səfirliyi yaxınlığında aksiya keçirməsinə etiraz bildirilib.

 

PKK terror təşkilatının Yunanıstanda rahat şəkildə təbliğat aparması, bu təşkilatın nümayəndələrinin işlə təmin olunması, eləcə də terrorla əlaqəli dairələr üçün Yunanıstanın təhlükəsiz məkana çevrilməsi səfirin diqqətinə çatdırılıb.

 

Bundan başqa, Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçuların hər cür logistik və təlim imkanlarından yararlandığı barədə Lavrion düşərgəsinə aid sübutlar yunan səfirə göstərilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi