Modern.az

Kilsəyə silahlı hücum: 50 nəfər ölüb - YENİLƏNİB

Kilsəyə silahlı hücum: 50 nəfər ölüb - YENİLƏNİB

Dünya

5 İyun 2022, 22:47

Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib.

 

Modern.az xəbər verir ki, "Nigerian Tribune" qəzetinin tibb işçilərinə istinadən yaydığı məlumata görə, 50-dən çox insan hücumun qurbanı olub. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

 

"Politics Nigeria" portalı isə 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat açıqlanmayıb.

 

Qeyd edək ki, Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.

 

***

19:09

 

Nigeriyanın cənub-qərbində yerləşən Ondo əyalətində silahlı şəxslər katoliklərə məxsus kilsəyə hücum ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Agentlik hücum nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.

 

Yerli "Vanguard" qəzeti isə silahlı hücum zamanı ibadət edən 25 nəfərin öldüyünü açıqlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi