Modern.az

Qazaxıstanda referendum - Seçicilərin neçə faizi səs verib?

Qazaxıstanda referendum - Seçicilərin neçə faizi səs verib?

Dünya

5 İyun 2022, 21:13

Bu gün Qazaxıstan konstitusiyasına dəyişikliklərlə bağlı referendumda seçicilərin 68,44 faizi iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Bildirilib ki, artıq seçki məntəqələrinin hamısı bağlanıb. Seçicilərin ən yüksək fəallığı Türküstan bölgəsində (80,66 %), ən aşağı göstərici isə Almatıda (33,3 %) qeydə alınıb.

 

Referendumda konstitusiyaya 33 dəyişiklik səsə qoyulub. Ümumilikdə, dəyişikliklər Qazaxıstan konstitusiyasının üçdə birinə əhatə edir. Ölkənin əsas qanununa edilən dəyişikliklər ölkə prezidenti üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Belə ki, bir nəfər ardıcıl iki dəfədən artıq prezident seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq. 

 

Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Həmçinin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin adı konstitusiyanın mətnindən çıxarılacaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi