Modern.az

Uels 64 il sonra yenidən dünya çempionatında

Uels 64 il sonra yenidən dünya çempionatında

Dünya

5 İyun 2022, 22:21

Bu gün futbol üzrə Uels yığması kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukrayna ilə üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, Robert Peycin baş məşqçisi olduğu Uels komandası Ukraynanı 1:0 hesabı ilə məğlub edib.

 

Bu qələbə sayəsində Uels millisi Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak edəcək. Uels seçməsi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb.

 

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi