ABŞ-ın Tennessi ştatının Çattanuqa şəhərində atışma baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Şəhərin barlarından birinin yaxınlığında baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan birini avtomobil vurub, digər ikisi isə güllə yaralarından dünyasını dəyişib.