Modern.az

Jozep Borreldən Ukrayna ilə bağlı ETİRAF

Jozep Borreldən Ukrayna ilə bağlı ETİRAF

6 İyun 2022, 13:00

Ukrayna böhranı Avropanın zəif yerlərini üzə çıxarıb və Avropa İttifaqını yeni strateji çağırışlar qarşısında qoyub.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. 

 

“Biz müdafiə alətləri əldə etməliyik, bu təkcə müdafiə məsrəflərini yaxşılaşdırmağı deyil, onları artırmağı tələb edir”, - Borrel deyib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri 2009-2018-ci illər ərzində müdafiə xərclərini 160 milyard avro azaldıb. 2021-ci ildə müdafiənin möhkəmləndirilməsinə nəzərdə tutulan 35 faiz əvəzinə yalnız 8 faiz xərc yönəldirilib.

 

“Avropa hökumətləri müdafiə üçün vəsaiti hədsiz dərəcədə az, parçalanmış və səpələnmiş şəkildə xərcləyir”, – deyə ali nümayəndə şikayətlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi