Ukraynada müharibə başlayandan indiyədək 32 jurnalist müharibənin qurbanı olub.
Modern.az xəbər verir ki, bunu Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.
Nazir, həmçinin son 8 ildə müharibədə həlak olan ukraynalı jurnalistlərin sayının daha çox olduğunu bəyan edib. O, media nümayənədələrinin Ukraynanın həyatında vacib rol oynadığını söyləyib:
“Sizin sayənizdə informasiya cəbhəmiz çox güclüdür”, - deyə nazir qeyd edib.