Modern.az

Britaniya Ukrayna hərbçilərinə raket təlimi keçəcək

Britaniya Ukrayna hərbçilərinə raket təlimi keçəcək

6 İyun 2022, 18:11

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Böyük Britaniyada M270 yaylım atəşli reaktiv sistemlərin istifadəsi üzrə təlim keçəcəklər. 

 

Modern.az xəbər verir, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Təlimlərin silahların effektivliyini artırmaq üçün keçirildiyi bildirilir.

 

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Londonun Amerika istehsalı M270 raket sistemlərini Ukraynaya təhvil verəcəyini açıqlamışdı.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi