Modern.az

Şimali Koreya hər an nüvə sınağı keçirə bilər

Şimali Koreya hər an nüvə sınağı keçirə bilər

7 İyun 2022, 21:15

Şimali Koreya hər an yeddinci nüvə sınağını keçirə bilər.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sung Kim deyib.

 

Onun fikrincə, Pxenyan danışıqlara qayıtmaqda maraqlı deyil.

 

Kim jurnalistlərə bildirib ki, Şimali Koreya bu il çoxlu sayda ballistik raket sınağı keçirib və ölkə rəsmiləri taktiki nüvə silahlarının istifadəsi planlarını əhatə edən ritorikadan istifadə ediblər.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular