Ermənistan hökuməti Rusiya Müdafiə Nazirliyinin keçmiş xəstəxanasının binasını hərraca çıxaracaq.
Modern.az xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib.
Hospital İrəvanda şəhərin mərkəzinə yaxın yerləşir və öz memarlıq görünüşü ilə seçilir.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında bina 8,2 milyard dram (təxminən 17,5 milyon dollar) başlanğıc qiymətlə hərraca çıxarılıb, lakin alıcı tapılmayıb. İndi start qiymət 20% azaldılıb.