Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov və fransalı həmkarı Tierri Burkxard arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıqlar zamanı Qərbi Afrikanın Sahel bölgəsindəki vəziyyətin də müzakirə olunduğu bildirilib.
Akif İsmayılov