Nigeriyada naməlum silahlı şəxslər 80 nəfəri girov götürüb.
Modern.az xəbər verir ki, "Reuters" bu barədə yerli rəsmilərə istinadən məlumat yayıb.
Hücum Nigeriyanın şimalında yerləşən Katsina ştatında baş verib. Silahlılar kəndi qarət edib, uşaq və qadınları qaçırıblar.
Hadisənin qəbilə zəminində baş verdiyi bildirilir.