Modern.az

Zelenski NATO sammitində iştirak edəcək

Zelenski NATO sammitində iştirak edəcək

Dünya

9 İyun 2022, 22:09

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Madriddə keçiriləcək sammitində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coana deyib.

 

O qeyd edib ki, Alyansa üzv ölkələrin liderləri NATO-nun şərq cinahında Baltikdən Qara dənizə qədər daha güclü mövcudluğa qərar verəcəklər.

 

Sammitdə NATO-nun yeni strateji konsepsiyası da qəbul ediləcək. Alyansın genişlənməsi və “açıq qapı” siyasəti məsələlərinə ayrıca baxılacaq.

 

İclas 29-30 iyun tarixlərində baş tutacaq.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi