Modern.az

Gürcüstan və Polşa dron istehsal edəcək

Gürcüstan və Polşa dron istehsal edəcək

Dünya

9 İyun 2022, 22:30

Gürcüstan və Polşa birgə pilotsuz uçuş aparatları (PUA) istehsal etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

 

O, PUA-ların istehsal edilməsi üçün ortaq müəssisənin yaradılacağını qeyd edib. Nazir müəssisənin müasir texnologiyalarla təchiz ediləcəyini bildirib.

 

PUA-ların hansı məqsədlərlə istifadə olunacağı barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu