Portuqaliya parlamenti üçüncü dəfə evtanaziyaya icazə verilməsinin lehinə səs verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar Portuqaliyada evtanaziya və həkim köməkliyi ilə intihara icazə verən dörd qanun layihəsini təsdiqləyiblər.
Hakim Sosialist Partiyasının təqdim etdiyi qanun layihəsi 88 səslə qəbul edilib, beş nəfər bitərəf qalıb.
Qanunun qəbul edilməsi zamanı parlamentin qarşısında etiraz aksiyası keçirilib. Bir çoxları qanunun qəbul edilməməli olduğunu düşünür.
Sözügedən qanun layihəsinin qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiq olunmalıdır. Ölkə prezidenti Marselo Rebelo de Souza qanun layihəsinə veto qoya və ya yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndərə bilər.
Qeyd edək ki, evtanaziya həkimin birbaşa xəstəyə ölümcül dərmanlar verməsidir. Tibbi yardımlı intihar xəstələrin ölümcül dərmanı həkim nəzarəti altında özləri qəbul etməsidir.
Akif İsmayılov