Modern.az

Hər gün 200-dək Ukrayna hərbçisi həlak olur 

Hər gün 200-dək Ukrayna hərbçisi həlak olur 

Dünya

9 İyun 2022, 23:57

Ukrayna hərbçiləri arasında itkilər hər gün 100-200 nəfər arasında dəyişir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.

 

O qeyd edib ki, itkilərin artmasına səbəb Rusiya ordusunun artilleriya imkanlarında əhəmiyyətli üstünlüyə sahib olmasıdır. Podolyak əlavə edib ki, Ukrayna 150-dən 300-ə qədər reaktiv yaylım atəşi sistemləri alsa, Rusiya ilə paritetə ​​nail olacaq.

 

Podolyak qeyd edib ki, Rusiya ciddi hərbi məğlubiyyətə uğramayana qədər heç bir dialoq forması mümkün olmayacaq və onlar Ukraynanın bir hissəsini ələ keçirməyə cəhd edəcəklər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi