Modern.az

ABŞ-dan Ukraynaya 7.5 milyardlıq büdcə yardımı

ABŞ-dan Ukraynaya 7.5 milyardlıq büdcə yardımı

10 İyun 2022, 18:33

ABŞ Ukraynaya 7,5 milyard dollar həcmində birbaşa büdcə dəstəyi verəcək.

 

Modern.az xəbər verir, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink bildirib.

 

“Ukraynanın Rusiya təcavüzündən müdafiə olunmasına və Ukraynanın möhkəmliyinə, eləcə də bərpasına kömək etmək üçün işləməyi səbirsizliklə gözləyirəm. 7,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi ilə biz Ukraynanın güclü qalmasını təmin edəcəyik”, – deyə diplomat "Twitter" hesabında yazıb.

 

Qeyd edək ki, may ayında ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 40 milyard dollarlıq yardım haqqında qanunu imzalamışdı.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi