Modern.az

3 Avropa lideri Kiyevə getməyi planlaşdırır

3 Avropa lideri Kiyevə getməyi planlaşdırır

Dünya

11 İyun 2022, 22:54

Almaniya kansleri Olaf Şolts G7 sammiti öncəsi Kiyevə səfər etməyi planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşr qeyd edib ki, İtaliyanın Baş naziri Mario Draqi və Fransa Prezidenti Emmanuel Makronun iyunun sonunda onunla birlikdə Ukraynaya səfər edəcəyi gözlənilir.

 

Məlumata görə, Berlin və Paris bir müddətdir ki, Kiyevə birgə səfəri müzakirə edirlər. Makron Kiyevə Fransada keçirilən parlament seçkilərindən sonra getmək istəyib. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir