Modern.az

Hindistan kütləvi sayda qırıcı almaq istəyir

Hindistan kütləvi sayda qırıcı almaq istəyir

Dünya

12 İyun 2022, 19:13

Hindistan xarici şirkətlərdən kütləvi sayda döyüş təyyarələri almaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin ANI informasiya agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, 114 təyyarənin alınması planlaşdırılır, onlardan 96-sı ölkə daxilində istehsal edilməlidir.

 

Agentliyin məlumatına görə, alınacaq təyyarələrin pulu yerli və xarici valyuta ilə ölkə büdcəsindən ödəniləcək.

 

Tenderdə dünyanın ən böyük təyyarə istehsalçılarının, o cümlədən Amerikanın "Boeing" və "Lockheed Martin", İsveçin "Saab", Rusiyanın MiQ və "Irkut", Fransanın "Dassault Aviation" şirkətlərinin iştirak etməsi gözlənilir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir