Modern.az

Yaponiya və Çin müdafiə nazirləri görüşdü - 3 ildən sonra

Yaponiya və Çin müdafiə nazirləri görüşdü - 3 ildən sonra

Dünya

13 İyun 2022, 00:41

Yaponiya müdafiə naziri Kişi Nobuo və Çinin müdafiə naziri Vey Fenqe arasında görüş baş tutub.

 

Modern.az xəbər verir ki, onlar Sinqapurda keçirilən beynəlxalq forum çərçivəsində 3 ildən sonra ilk dəfə üz-üzə görüşüb. 

 

Nazirlər ikitərəfli və regional hadisələri müzakirə ediblər. 

 

Təxminən bir saat davam edən görüşdən sonra mətbuata açıqlama verən Yaponiya müdafiə naziri Çini Şərqi Çin dənizi və Cənubi Çin dənizində təmkinliliyi qorumağa çağırdığını bildirib.

 

O, həmçinin Çinin Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında status-kvonu dəyişmək cəhdlərin görə ölkəsinin narahat olduğunu vurğulayıb.

 

Xatırladaq ki, iyunun 10-12-də Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) tərəfindən 19-cu “Şanqri-La Dialoq” Forumu keçirilib. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi