Modern.az

İngilis döyüşçü Ukraynada həlak oldu

İngilis döyüşçü Ukraynada həlak oldu

Dünya

13 İyun 2022, 00:59

Ukraynanın Siverodonetsk şəhərində Britaniya ordusunun keçmiş hərbi qulluqçusu Cordan Qatley həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

O, Ukrayna uğrunda döyüşdə öldürülüb. Qatley mart ayında Britaniya ordusunu tərk edib və Rusiya işğalına qarşı mübarizədə kömək etmək üçün Ukraynaya gedib.

 

Ukrayna prezidentinin müşaviri Mixyalo Podolyak onun qəhrəman olduğunu bildirib.

 

"Biz onun Ukraynanın və azad dünyanın qorunmasına verdiyi töhfəni həmişə xatırlayacağıq", - Podolyak "Twitter" hesabında yazıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi