Modern.az

Rusiya özünün “McDonalds”ını açdı - FOTOLAR

Rusiya özünün “McDonalds”ını açdı - FOTOLAR

Dünya

13 İyun 2022, 16:20

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı xüsusi əməliyyatlarından sonra McDonalds Rusiyanı tərk edən Qərb şirkətlərinin karvanına qoşulub. Bununla əlaqədar martın 14-də McDonalds Rusiyadakı 850 restoranının fəaliyyətini dayandırıb. 

 

Modern.az xəbər verir ki, buna baxmayaraq, McDonalds yeni adla Rusiyada ilk filialını açıb.

 

1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılanda Soyuq Müharibənin deskalasiyasını təcəssüm etdirmək üçün Rusiyada ilk filialını açan McDonalds milyonlarla rusiyalıya Amerika yeməkləri və mədəniyyətini dadmağa kömək etmişdi. McDonaldsın Rusiyaya daxil olması kimi, onun çıxışı da Rusiya ilə Qərb arasında diplomatik münasibətlərin dəyişməsini simvollaşdırır.

 

Şirkət ötən ay Rusiyadakı restoranlarını Alexander Qovor adlı yerli lisenziya sahibinə təhvil verəcəyini açıqlanıb.

 

Şirkətin Rusiyadakı yeni loqosunda yaşıl fonda yerləşdirilmiş iki kartof qızartması və hamburger köftəsi əks olunub. Birinci mərhələdə şirkət Moskva və onun ətrafında 15 yerdə yeni filiallar açacaq.

 

Artıq Puşkin meydanında McDonalds-ın Vkusno & Tochka adlı yeni fast-food restoranı açılıb.

 

Açılış günü həmişəkindən daha az müştəri olub. İlk gündə 30 minə yaxın hamburger satılıb.

Menyuda "Big Mac” yoxdur, lakin oxşar aşağı qiymətlərlə menyuya digər məşhur məhsullar əlavə edilib. Çizburgerin qiyməti 129 rubl, balıq burgerinin qiyməti 169 rubl olub.

 

Yeni firmanın sahibi sibirli iş adamı Aleksandr Qovordur.

 

McDonalds-ın Rusiyadakı restoranlarını təhvil verdiyi yerli lisenziya sahibi Alexander Qovor, yeni brend altında ölkə daxilində 1000 yerdə filial açmağı və iki ay ərzində restoranlar şəbəkəsinin bütün bağlanan filiallarını yenidən açmağı planlaşdırır. Ancaq yeni brendi qarşıda çətin bir proses gözləyir.

 

Dünyanın ən böyük hamburger şəbəkəsi olan McDonalds Rusiyadakı təxminən 850 filialının 84%-nə nəzarət edirdi. Şirkət Rusiya bazarını tərk edərək filiallarını Qovora köçürdüyü üçün 1,4 milyard dollara qədər vəsait itirib.

 

Ötən il McDonalds Rusiya və Ukrayna bazarlarından 2 milyard dollar əldə edib ki, bu da onun ümumi dövriyyəsinin təxminən 9%-nə bərabərdir. McDonalds 15 il ərzində rus restoranlarını geri almaq hüququna malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi