Modern.az

Hindistanda vəhşilik - Müsəlmanları döyüb, evlərini dağıtdılar

Hindistanda vəhşilik - Müsəlmanları döyüb, evlərini dağıtdılar

Dünya

13 İyun 2022, 18:10

Hindistanda Məhəmməd peyğəmbərin təhqir edilməsindən sonra başlayan etiraz aksiyaları davam edir.

 

Modern.az xəbər verir ki, Hindistan polisi etiraza qalxan müsəlmanlara qarşı rəhmsiz davranır. Belə ki, ötən gün Uttar Pradeş ştatındakı etiraz aksiyasında iştirak edən müsəlman gənclər polislər tərəfindən vəhşicəsinə döyülüb, təhqirlərə məruz qalıb. 

 

Məlumata görə, aksiyalara qoşulan müsəlmanların evləri uçurulub. 

 

Belə bir məqamda Uttar Pradeş əyalətinin başçısı Yogi Adityanatın mətbuat müşaviri Mrityunjay Kumar "Twitter"də qalmaqallı paylaşım edib. Evləri sökən buldozerlərin görüntülərini paylaşan Kumar, “üsyançılar, unutmayın ki, hər cümə günündən sonra şənbə gəlir”, - deyə şərh yazıb.

 

Xatırladaq ki, Hindistanın hakim partiyasının rəsmiləri İslam dinini və peyğəmbəri təhqir ediblər. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi