Modern.az

NATO Türkiyənin tələbini yerinə yetirəcək

NATO Türkiyənin tələbini yerinə yetirəcək

Dünya

13 İyun 2022, 18:20

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə ilə bağlı önəmli açıqlama verib.

 

Modern.az xəbər verir ki, Baş katib Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı narahatlığına toxunub.

 

“Biz Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyündən imtina etməsinə səbəb olan amilləri ən qısa zamanda həll etməyə çalışırıq”, - deyə Stoltenberq bildirib.

 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edərkən, NATO birdən-birə İsveç və Finlandiyanı alyansa daxil etmək istədiyini açıqlayıb. Bundan dərhal sonra İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün NATO-ya müraciət edəcəklərini bəyan edib. Bununla belə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin terror təşkilatlarını, xüsusilə PKK və FETÖ-nü dəstəklədiklərini əsas gətirərək, onların üzvlüyünə müsbət baxmadığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi