Modern.az

Afrikada silahlı hücum - 100 nəfər öldürüldü

Afrikada silahlı hücum - 100 nəfər öldürüldü

Dünya

13 İyun 2022, 18:52

Burkina-Fasonun şimal-şərqində silahlıların hücumu nəticəsində azı 100 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

 

Məlumata görə, iyunun 12-nə keçən gecə silahlı qrup Nigerlə həmsərhəd olan Seytenqa kommunasında (Seno əyaləti) yaşayış məntəqələrinə hücum edib. 

 

Bəzi mənbələr ölənlərin sayının 165 nəfər olduğunu bildirib. Hadisənin təfərrüatları açıqlanmayıb.

 

Qeyd edək ki, Burkina-Faso ərazisində bir sıra terror qruplaşması mövcuddur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi