Modern.az

Qaçaqmalçılar iki ölkə arasında tunel qazdılar

Qaçaqmalçılar iki ölkə arasında tunel qazdılar

Dünya

13 İyun 2022, 19:14

Qırğızıstanın xüsusi xidmət orqanları Özbəkistanla sərhəddə qaçaqmalçılıq üçün inşa olunan daha bir məxfi tunel aşkarlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, gizli tunel iki ölkənin sərhədyanı rayonlarının sakinləri tərəfindən valyuta və qaçaqmal malların daşınması məqsədilə tikilib.

 

Cinayət törədən şəxslər artıq təqsirli olduqlarını etiraf ediblər və istintaqla əməkdaşlığa razılaşıblar. 

 

Bu, Qırğızıstan xüsusi xidmət orqanlarının sərhəddə aşkar etdiyi ilk tunel deyil. Mayın sonunda daha biri tunel aşkar olunub. Həmin tunelin uzunluğu 270 metr, hündürlüyü isə təxminən 1,8 metr olub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi