Modern.az

Türkiyənin narahatlığını ciddi qəbul edirik - İSVEÇ

Türkiyənin narahatlığını ciddi qəbul edirik - İSVEÇ

Dünya

13 İyun 2022, 19:43

NATO-nun Baş katibi Yens Stoltenberq bu gün İsveçə səfər edib.

 

Modern.az xəbər verir ki, o, İsveçin Baş naziri Maqdalena Andersson ilə görüşüb.

 

Paytaxt Stokholmda keçirilən mətbuat konfransında Andersson bildirib ki, ölkəsi Türkiyənin narahatlığını ciddi qəbul edir.

 

"Finlandiya ilə birlikdə onları həll etməyə çalışırıq. NATO və onun üzv dövlətlərinə təklif edəcəyimiz çox şey var. İsveç və Finlandiya Türkiyənin də daxil olduğu NATO ölkələrinin təhlükəsizliyinə töhfə verəcək", - deyə Baş nazir qeyd edib.

 

Türkiyənin PKK terror təşkilatı ilə bağlı narahatlığına gəlincə, hər iki ölkə ilə yaxın dialoqda olduğunu vurğulayan Stoltenberq İsveçin antiterror qanunvericiliyində dəyişiklik etməyə başlamasını alqışladığını söyləyib.

 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edərkən, NATO birdən-birə İsveç və Finlandiyanı alyansa daxil etmək istədiyini açıqlayıb. Bundan dərhal sonra İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün NATO-ya müraciət edəcəklərini bəyan edib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin terror təşkilatlarını, xüsusilə PKK və FETÖ-nü dəstəklədiklərini əsas gətirərək, onların üzvlüyünə müsbət baxmadığını bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi