Modern.az

İqor Dodonun xanımı prokurorluğa çağırıldı

İqor Dodonun xanımı prokurorluğa çağırıldı

Dünya

13 İyun 2022, 20:11

Moldovanın keçmiş prezidenti İqor Dodonun həyatı yoldaşı prokurorluğa çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dodonun özü məlumat yayıb.

 

Sabiq prezident həyat yoldaşının hansı səbəbdən prokurorluğa çağırıldığını açıqlamayıb. Onun sözlərinə görə, xanımı uşaqları şahmat dərsinə aparan zaman prokurorluq əməkdaşları onu küçədə saxlayıblar.

 

Dodon iddia edir ki, həyat yoldaşı mütəmadi olaraq izlənilir.

 

Qeyd edək ki, bundan öncə İqor Dodonun özü də saxlanılmışdı. Kişinyov məhkəməsi eks-prezidentə 30 sutka ev dustaqlığı verib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi