Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.
Baş nazir koronavirus testinin nəticəsinin müsbət çıxdığını və özünü yaxşı hiss etdiyini bildirib. Bundan əlavə, Trüdo koronavirusa qarşı peyvənd olunduğunu qeyd edib.
Akif İsmayılov