Rusiya qüvvələri Ukraynanın şərq cəbhəsindəki Siyeverodonetsk şəhərinə aparan sonuncu körpünü dağıdıb.
Modern.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Qaydai məlumat yayıb.
O bildirib ki, şəhərdə mülki vətəndaşlar tələyə düşüb, hazırda humanitar yardımların çatdırılması qeyri-mümkündür.
"İndi təəssüf ki, avtomobillə şəhərə daxil olmaq, şəhərə nə isə çatdırmaq mümkün deyil. Evakuasiya mümkün deyil", - Qaydai bildirib.
O, Rusiyanın şəhərə tam nəzarəti ələ keçirmədiyini, şəhərin bir hissəsinin Ukraynanın nəzarətində qaldığını, lakin ora humanitar yüklərin daşınmasının mümkün olmadığını yazıb.
Akif İsmayılov