Modern.az

Xersonun bir neçə yaşayış məntəqəsi azad edildi

Xersonun bir neçə yaşayış məntəqəsi azad edildi

14 İyun 2022, 00:27

Ukrayna ordusu Xerson vilayətinin bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

Onun sözlərinə görə, yaşayış məntəqələri əks-hücum əməliyyatı nəticəsində azad olunub. 

 

“Donbasdakı döyüşlər Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək. Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir”, - deyə Zelenski döyüşlərdəki son vəziyyətlə bağlı çıxışında vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi