Modern.az

Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA

Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA

14 İyun 2022, 08:45

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 

Bildirilib ki, iyunun 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki məlumat verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi. Nazirliyin məlumatına əsasən, sərhədçilərlə atışmalara səbəb Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz daxil olması və ölkə ərazisini tərk etmək tələblərinə məhəl qoymamaları olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi