Modern.az

“Türkiyə kosmosda öz maraqlarını qorumağa borcludur” - Ərdoğan

“Türkiyə kosmosda öz maraqlarını qorumağa borcludur” - Ərdoğan

14 İyun 2022, 16:37

“Türkiyə quruda, dənizdə və havada olduğu kimi, kosmosda da öz maraqlarını müdafiə etməyə borcludur”.

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Çərşənbə axşamı Ankarada Türksat 5B telekommunikasiya peykinin istismara verilməsi mərasimi keçirilib. Türksat 5B peyki sayəsində Türkiyədə məlumat ötürmə qabiliyyəti 15 dəfə artacaq.
Türksat 5B-nin əhatə dairəsinə Türkiyə ilə yanaşı, bütün Yaxın Şərq, Fars körfəzi, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və onun yaxın qonşuları daxil olacaq. Türksat 5B mövcud Türksat 3A və Türksat 4A peyklərinə əlavə olacaq.
Yeni beşinci nəsil telekommunikasiya peyki Türksat 5B-nin istifadəyə verilməsi ilə orbitdə fəaliyyət göstərən türk peyklərinin sayı 8-ə çatıb.


"Türkiyə quruda, dənizdə və hava məkanında olduğu kimi kosmosda da öz maraqlarını müdafiə etməyə borcludur. Bu, hər bir vətəndaşın şərəf borcudur", - deyə "Anadolu" agentliyi Ərdoğandan sitat gətirib.

Dövlət başçısı bildirib ki, Türkiyə istehsalı olan İMECE peyki 2023-cü ilin yanvarında, Türksat 6A telekommunikasiya peyki isə gələn ilin ortalarında orbitə buraxılacaq.


“Yaxın gələcəkdə Yer orbitində fəaliyyət göstərən türk peyklərinin sayı 10-a çatacaq”, - Ərdoğan bildirib.


Türkiyə prezidenti bildirib ki, hökumət 5G texnologiyalarının geniş tətbiqi üçün zəmin formalaşdırmaq üçün addımlar atır.

“Hökumət, həmçinin əhalinin nisbətən az sıx olduğu ölkənin kənd yerlərində yüksəksürətli internetə çıxış layihələrini dəstəkləyəcək”.


Dövlət başçısı daha sonra dövlətin beynəlxalq adının "Turkey”dən “Türkiye”yə dəyişdirilməsinə diqqət çəkib. Ərdoğan ölkənin rəsmi adının dəyişdirilməsini simvolik adlandırıb.

“Bundan sonra “Turkey” adı yoxdur, ancaq “Türkiye” var”, - deyə o vurğulayıb və bildirib ki, bundan sonra Türkiyənin milli aviadaşıyıcısı olan Türk Hava Yollarının adı da laynerlərində “Türkiyə Havayolları” kimi əks olunacaq kmi, bu da fonetik normalara uyğundur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi