Ukrayna qoşunları Almaniyanın özüyeriyən haubitsalarında təlimlər keçir. Təlimlər tezliklə başa çatacaq.
Modern.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext bildirib. Onun sözlərinə görə, təlimlər Ukraynadakı müharibədə silahların istifadəsini asanlaşdıracaq.
Nazir bildirib ki, "Panzerhaubitze 2000" adlı özüyeriyən artilleriya qurğuları tezliklə Ukraynaya çatdırılacaq.
Bu silah Almaniya ordusunun arsenalındakı ən güclü artilleriya silahlarından biridir və 40 km məsafədəki hədəfləri vura bilir.
Qeyd edək ki, Almaniya Kiyevə yeddi ədəd özüyeriyən haubitsa tədarük edəcəyini açıqlayıb.
Akif İsmayılov