Modern.az

Rusiya bu dəfə jurnalistləri qara siyahıya saldı

Rusiya bu dəfə jurnalistləri “qara siyahı”ya saldı

14 İyun 2022, 20:17

Rusiya Federasiyası Böyük Britaniyanın 49 vətəndaşına qarşı qadağalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sanksiya tətbiq edilən şəxslərdən 29-u jurnalist, digərləri müdafiə sənayesi ilə əlaqəsi olanlardır. Nazirlikdən verilən məlumata görə, bu qərar Britaniya hakimiyyətinin hərəkətlərinə qarşı cavab olaraq qəbul edilib.

 

Jurnalistləri Rusiya Xarici İşlər Nazirliyinin "qara siyahı"sına salınan nəşrlər bunlardır: "The Guardian", "The Daily Telegraph", "Sky News", "The Times", BBC, "Channel 4 News", ITV, "Daily Mail", "The Independent", "Financial Times", "The Sunday Times".

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi