Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv ölkələr, həmçinin Norveç və İslandiya üçün meymunçiçəyinə qarşı 110 min vaksinin alınmasına dair saziş imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Komissiyanın saytında məlumat yayılıb.
Qeyd edilib ki, ilk dəfə olaraq Aİ-nin ümumi büdcəsinin vəsaiti peyvəndlərin alınması üçün istifadə olunacaq və bu vəsaitlər sonradan ölkələr arasında paylanacaq.
Avropa Komissiyasının məlumatına görə, mayın 18-dən bəri Norveç, İslandiya və Avropa İttifaqının 19 ölkəsində (Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya) 900-ə yaxın meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Akif İsmayılov