ABŞ Ukraynaya çox sayda raket sistemləri göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib. Onun sözlərinə görə, Amerika tərəfindən əvvəllər elan edilmiş dörd yaylım atəşli reaktiv sistem yalnız ilkin tədarükdür.
“Biz ukraynalıları Ukrayna ərazisində hədəflərini təqib etmək üçün lazım olan hər şeylə təmin edəcəyik”, - K. Kol mediaya açıqlamasında söyləyib.
Akif İsmayılov