Modern.az

Almanlar Ukrayna üçün 812 milyon avro topladı

Almanlar Ukrayna üçün 812 milyon avro topladı

Dünya

15 İyun 2022, 00:24

Fevralın 24-də müharibənin başlamasından bəri Almaniya sakinləri Ukrayna üçün 812 milyon avro ianə toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Mərkəzi Sosial Problemlər İnstitutu (DZI) məlumat yayıb.

 

Məlumata görə, martın 24-dən bəri Almaniya sakinlərinin ukraynalılara ianələri təxminən 180 milyon avro artıb. İanələr 11 təşkilat vasitəsilə həyata keçirilir.

 

Qeyd olunub ki, bu, İkinci Dünya Müharibəsinin bitməsindən sonra Almaniyada toplanan ən böyük ianədir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi