Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında əhaliyə videomüraciət edib. Modern.az xəbər verir ki, o, müraciətində "Ukrayna ordusu Donbasın şərqində və Ukraynanın digər cəbhə bölgələrində “ağrılı itkilər” verir", -deyə qeyd edib.
Prezident həmçinin, vurğulayıb ki, Ukrayna öz ərazisini müdafiə etmək üçün müasir raket əleyhinə silahlara ehtiyac duyur.
Onun sözlərinə görə, Donbası müdafiə etmək həyati əhəmiyyət kəsb edir:
"Çünki bu, gələcək həftələrdə kimin üstünlük təşkil edəcəyini müəyyənləşdirmək üçün açardır. Düşmən orada nə qədər çox itki versə, təcavüzü davam etdirmək üçün bir o qədər az gücə malik olacaq".
Zelenski qeyd edib ki, Severodonetskdə, eləcə də yaxınlıqdakı bütün şəhər və icmalarda şiddətli döyüşlər gedir:
"“Təəssüf ki, itkilər ağrılıdır, lakin biz dayanmalıyıq, bu, bizim dövlətimizdir”.