Modern.az

İran 5 dəfə silkələndi

İran 5 dəfə silkələndi

Dünya

15 İyun 2022, 11:26

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında güclü təkanlarla müşayiət olunan 5 ardıcıl zəlzələ qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.

 

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi