Modern.az

Hulusi Akar gürcü həmkarı ilə görüşdü

Hulusi Akar gürcü həmkarı ilə görüşdü

Dünya

15 İyun 2022, 18:09

Türkiyənin milli müdafiə naziri Hulusi Akar gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Görüş Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində baş tutub. Nazirlər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və gələcək planları müzakirə ediblər.

 

Burçuladze türkiyəli həmkarına Gürcüstan ordusunda həyata keçirilən islahatlar və Türkiyənin hərbi təhsil sahəsində göstərdiyi dəstək barədə məlumat verib. Tərəflər Qara dəniz regionunda təhlükəsizlik, bölgədə sülh və sabitlik məsələlərini müzakirə aparbı.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi