ABŞ Ukraynanın 650 milyon dollarlıq silah və avadanlıq alacağını elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, budəfəki yardıma "Harpoon" gəmi əleyhinə raketlər daxil olacaq.
Məlumata görə, silah paketinə radiolar və əlaqəli avadanlıqlar üçün 320 milyon dollar, termal gecəgörmə optikası üçün 55 milyon dollar və təlim üçün 160 milyon dollar daxildir.