Modern.az

“Moldovanın Aİ-yə qoşulmaq istəyi tam qanunidir” - Makron

“Moldovanın Aİ-yə qoşulmaq istəyi tam qanunidir” - Makron

Dünya

15 İyun 2022, 18:42

Fransa Prezidenti Emmanuel Makron bu gün Moldovaya səfər edib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, paytaxt Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

 

Makron birgə mətbuat konfransında Moldovanın Avropa İttifaqına qoşulmaq istəyinin tam qanuni olduğunu bildirib.

 

O qeyd edib ki, Fransa gələn həftə keçiriləcək mühüm iclasda Moldovanın bloka qoşulmaq üçün müraciəti məsələsində Avropa İttifaqı üzvləri arasında konsensusa nail olmağa kömək edəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?