Modern.az

Ukrayna NATO silahları ilə təmin ediləcək

Ukrayna NATO silahları ilə təmin ediləcək

Dünya

15 İyun 2022, 18:53

Qərb ölkələri bu ayın sonunda Madriddə keçiriləcək sammitdə Ukraynaya yeni hərbi yardım paketi ilə bağlı razılığa gələ bilər.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

 

Alyansın baş katibi qeyd edib ki, müttəfiqlər Ukraynanı ağır silahlar və uzaq mənzilli sistemlərlə təchiz etməyə davam edəcəklər.

 

"Bu addımlar zaman tələb edir. Ona görə də bugünkü kimi bir görüşün olması vacibdir", - Stoltenberq əlavə edib.

 

Onun sözlərinə görə, yeni yardım paketi ukraynalılara sovet tipli texnikadan daha müasir NATO standartlı silahlara keçməyə imkan verəcək.

 

Qeyd edək ki, bu gün NATO və digər ölkələrin müdafiə nazirləri Brüsseldə Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi