Modern.az

Türkiyə Ukraynadan taxıl ixracı üçün kanal yaratdı

Türkiyə Ukraynadan taxıl ixracı üçün kanal yaratdı

15 İyun 2022, 19:48

Türkiyə Ukraynadan taxıl ixracı üçün xüsusi əlaqə kanalı yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

 

O, Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə taxıl məsələsini həll etmək üçün “qırmızı xətt” formalaşdırıldığını qeyd edib.

 

Nazir ötən həftə ukraynalı həmkarı Aleksey Reznikov və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Bu zaman Akar həmkarları ilə Ukraynadan taxılın ixracını müzakirə edib.

 

Qeyd olunub ki, yeni yaradılan "qırmızı xətt”lə bağlı hər ölkədən general rütbəli bir nümayəndə cəlb olunub. Onlar Ukrayna taxılının ixracı məsələlərinin müzakirəsi üçün Türkiyə ilə birbaşa əlaqə yarada biləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi